Azərbaycan dili 9-cu sinif

Azərbaycan dili 9-cu sinif
30 mart 2023

FONETİKA: Danışıq səsləri - saitlərin növləri və samitlərin növləri. Ahəng qanunu. Saitlərin uzun tələffüzü. “O” saitinin “A” kimi tələffüz edilməsi.  Söz sonunda cingiltili samitlərin ( “b”, “c”, “d”, “g” )  tələffüzü. “K” və “Q” samitinin yazılışı və deyilişi.
“K” və “Q” samitinin yazılışı və deyilişi. Sözlərin sonunda “k-y” və “q-ğ” əvəzlənməsi.  Qoşa samitlə bitən təkhecalı sözlər. Bəzi təkhecalı sözlərin tələffüzü. Qoşasamitli sözlərin yazılışı və deyilişi. Heca və vurğu. Sözün səs tərkibi.
MƏTN ÜZƏRİNDƏ İŞ. Buraxılış imtahanında istifadə olunacaq mətnlər haqqında məlumat.

LEKSİKA: Sözün leksik və qrammatik mənası. Sözün həqiqi və məcazi mənası. Frazeoloji birləşmələr.  Çoxmənalı sözlər.
Omonimlər. Sinonimlər. Antonimlər. Terminlər (alınma sözlər). Köhnəlmiş sözlər – arxaizmlər. Etimologiya nədir?

MƏTN ÜZƏRİNDƏ İŞ. Təlim üsulları. (9-lara uyğun olanlar: xülasə və tezis izah edilməsin.)

MORFOLOGİYA

Nitq   hissələri. Nitq   hissəsi   anlayışı. Nitq hissələrinin bölgüsü. Əsas və köməkçi nitq hissələri.
İSİM:   Konkret və mücərrəd isimlər. Ümumi və xüsusi isimlər. . Tək və cəm isimlər. Toplu isimlər.  İsmin quruluşca növləri. Düzəltmə isimlər. Mürəkkəb isimlər və onların yazılışı.  İsmin mənsubiyyətə görə dəyişməsi. Mənbə, mövqe, mənafe, tale, mənşə, su, nə sözlərinin mənsubiyyətə görə dəyişməsi. 

İsmin halları. Qeyri-müəyyənlik bildirən hallar.  Söz kökündə saitin düşməsi.Yönlük və çıxışlıq halında olan sözlərin yazılışı və deyilişi. Bəzi isimlərin kökündə saitin düşməsi. İsmin şəxsə görə dəyişməsi – xəbərlik (şəxs) şəkilçiləri.

SİFƏT:  Əşyaya aid əlamət və ya keyfiyyət bildirməsi. Sifətin quruluşca növləri. Düzəltmə sifətlər. Mürəkkəb sifətlər və onların yaranma yolları. Bitişik və defislə yazılan mürəkkəb sifətlər. Sifətin dərəcələri.

SAY: Say və onun mənaca növləri. Miqdar sayları: Müəyyən miqdar saylar. Qeyri-müəyyən miqdar sayları. Kəsr sayları. Numerativ sözlər. Sayın quruluşca növləri. Sayların yazılışı (sözlərlə, ərəb rəqəmləri ilə, Roma rəqəmləri ilə). Miqdar saylarında şəkilçilərin yazılışı. Sıra saylarının yazılışı. Mürəkkəb sayların yazılışı. Saylarla işlənən isimlərin təkdə və cəmdə olması.

ƏVƏZLİK:
Əvəzlik əsas nitq hissələrinin yerində işlənən söz kimi. Əvəzliklərin mənaca növləri. Şəxs əvəzlikləri. Onların şəxsə və kəmiyyətə görə dəyişməsi. İşarə əvəzlikləri.  O, bu əvəzlikləri mübtəda vəzifəsində olarkən onlardan sonra vergülün işlənmə məqamları. Sual əvəzlikləri. Qeyri-müəyyən əvəzliklər. Təyini əvəzliklər.  Əvəzliyin quruluşca növləri.
MƏTN ÜZƏRİNDƏ İŞ. Mətnin hissələri: giriş, əsas, nəticə hissə.

FEİL: Təsdiq və inkar feillər. Feillərin şəxsə görə dəyişməsi. Feilin quruluşca növləri. Sadə feillər. Düzəltmə feillər. İsimdən düzələn feillər. Feildən düzələn feillər. Mürəkkəb feillər və onların yazılışı. Feilin qrammatik məna növləri:  Hərəkətin subyekti və obyekti.  Feilin qrammatik məna növləri: Məlum, məchul, şəxssiz, qayıdış, qarşılıq-birgəlik və icbar növ feillər.

Feilin şəkilləri: Xəbər şəkli. Xəbər şəklində ola feillərin həm zamana, həm də şəxsə görə dəyişməsi. Feilin zamanları: Keçmiş zaman. İndiki zaman. Gələcək zaman. Xəbər şəklində olan feillərin yazılışı və deyilişi. Əmr şəkli. Arzu şəkli. Vacib şəkli. Lazım şəkli. Şərt şəkli. İdi,  imiş, isə hissəcikləri. Bu hissəciklərin digər nitq hissələri ilə də işlənə bilməsi. İdi, imiş hissəcikləri və keçmiş zaman şəkilçiləri. İsə hissəciyi və feilin şərt şəklinin şəkilçisi.

Feilin təsriflənməyən formaları. Məsdər, feili sifət, feili bağlama feilin şəxsə və kəmiyyətə görə dəyişməyən formaları kimi. Məsdər. Məsdərin  feilə və ismə aid xüsusiyyətləri. Hansı cümlə üzvü vəzifələrində işlənməsi. Feili sifət. Feili sifətin feilə və sifətə aid xüsusiyyətləri. Feili sifət şəkilçiləri. Feili sifətin zaman anlayışı bildirməsi. Feili sifət və feildən düzələn sifət.  Feili bağlama. Feli bağlamanın feilə və zərfə aid xüsusiyyətləri. Feli bağlama şəkilçiləri. Feli bağlamaların, bir qayda olaraq, cümlədə zərflik kimi çıxış etməsi.  Hərəkətin tərzini, zamanını və səbəbini bildirməsi.

ZƏRF: Zərf haqqında ümumi məlumat. Zərfin quruluşca növləri: Sadə, düzəltmə və mürəkkəb zərflər. Mürəkkəb zərflərin yazılışı: bitişik, defislə və ayrı yazılan mürəkkəb zərflər. Zərfin məna növləri:  Tərzi hərəkət zərfləri.  Zaman zərfləri.  Yer zərfləri.  Kəmiyyət zərfləri. Zərf və digər nitq hissələri.

SÖZÜN TƏRKİBİ: Kök və şəkilçi.  Leksik və qrammatik şəkilçilər. Sözün başlanğıc forması. Şəkilçilərin variantları. İkivariantlı və dördvariantlı şəkilçilər. Bir cür yazılan şəkilçilər. Sözönü şəkilçilər. Sözün tərkibinə görə təhlili.
SÖZ YARADICILIĞI: Sözün quruluşca növləri. Sadə sözlər. Düzəltmə sözlər. Eyniköklü sözlər. Mürəkkəb sözlər. Bitişik və defislə yazılan mürəkkəb sözlər.

 KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ :  Qoşma.  Qoşmaların ismin müəyyən hallarında işlənən sözlərə quşulub məna çalarları yarada bilməsi. Qoşmaların yazılışı və deyilişi. Təkhecalı qoşmaların sözlərə bitişik. Çoxhecalı qoşmaların isə qoşulduğu sözlərdən ayrı yazılması. Bağlayıcı. Bağlayıcı cümlə üzvləri, cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi kimi. Bağlayıcılarda vergülün işlənməsi. Mürəkkəb bağlayıcılar və onlarının yazılışı.

Ədat.  Ədatlarm mənaca növləri. Ədatların orfoqrafiyası. Təsdiq və inkar ədatlarından sonra vergülüln işlənməsi. Modal sözlər. Modal sözlərin mənaca növləri. Modal sözlərdə durğu işarələrinin işlənməsi.  Nida. Nida hiss-həyəcan ifadə edən köməkçi nitq hissəsi kimi. Nidalarda müəyyən hissi halların ifadəsi.  Nidalarda vergül və nida işarəsinin işlədilməsi. Əsas və köməkçi nitq hissələrinin omonimliyi.  Köməkçi nitq hissələrinin bir-biri ilə omonimliyi. Bağlayıcı, ədat, yoxsa şəkilçi.  Köməkçi nitq hissələrinin sinonimliyi.

SİNTAKSİS.  Söz birləşmələri. Söz birləşməsi anlayışı. Söz birləşmələrinin quruluşca növləri: Sadə və mürəkkəb söz birləşmələri. Mürəkkəb adlar və onların yazılışı. Söz birləşmələrində əsas və asılı tərəflər. Əsas tərəfinin ifadə vasitəsinə görə söz birləşmələrinin növləri: ismi birləşmələr, feli birləşmələr.
Sintaktik əlaqələr. Sintaktik əlaqələrin növləri: tabesizlik və tabelilik əlaqələri.  Uzlaşma əlaqəsi mübtəda və xəbər arasında.

Cümlə. Cümlə haqqında ümumi məlumat. Məqsəd və intonasiyaya görə cümlənin növləri. Nəqli cümlə. Sual cümləsi. Sual cümləsinin növləri. Əmr cümləsi. Əmr cümləsinin xəbərlərinin felin əmr şəkli ilə ifadəsi. Nida cümləsi. Nida cümləsinin istifadə olunduğu yerlər.

Cümlə üzvləri. Cümlə üzvü anlayışı. Cümlənin qrammatik əsası: mübtəda və xəbər. Mübtəda. Mübtədanın ifadə vasitələri. Adlıq halda olan sözlərlə və söz birbşmələri ilə ifadəsi. Xəbər. Xəbərin ifadə vasitələri.  Feili xəbər. Feili xəbərin feilin müxtəlif şəkilləri və frazeoloi birləşmələrlə ifadə olunması. İsmi xəbər. Heç bir suala cavab verməyən var, lazım, gərək, yox, mümkün və s. Sözlərin ismi xəbər kimi işlənə bilməsi. “Deyil” sözünün adlara qoşulub ismi xəbər olması. Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması.

Cümlənin ikinci dərəcəli üzvləri: tamamlıq, təyin, zərflik. Tamamlıq. Tamamlığın ifadə vasitələri. Təyin. Təyinin ifadə vasitələri . Təyinin bütün cümlə üzvlərinə aid olması.

Zərflik. Zərfiiyin, əsasən, feili xəbərə aid olması. Mənaca növləri: tərzi-hərəkət, yer, zaman, kəmiyyət, səbəb, məqsəd zərflikləri. Zərfliklə xəbər arasında idarə və yanaşma əlaqəsi. Zərfliyin ifadə vasitələri.

Cümlədə sözlərin sırası. Söz sırasının qanunauyğunluğu. Bu qanunaııyğunluğun nəqli cümlədə daha çox gözlənilməsi. Ayrı-ayrı cümlə üzvlərinin yeri. Məntiqi vurğu. Bəzi məqamlarda söz sırasının pozula bilməsi. Əlavələr. Əlavənin özündən əvvəlki sözü izah etməsi, konkretləşdirməsi. Əlavənin aid olduğu cümlə üzvündən sonra gəlməsi. Əlavənin işləndiyi yerlər. Əlavələrdə durğu işarələri: tire və vergüldən istifadə olunması. Tire və defisin bir-birindən fərqi. Cümlənin həmcins üzvləri. Həmcins üzv anlayışı. Həmcins üzvlərin bir-biri ilə intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqəlnməsi. Həmcins üzvlərdə bəzi şəkilçilərin və köməkçi vasitələrin ixtisar oluna bilməsi. Xəbərin həmcins mübtədalarla uzlaşması. Həmcins və qeyri-həmcins təyinlər. Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Ümumiləşdirici sözlərdə qoşa nöqtə və tire işarələrinin işlədilmə məqamları.

Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmamaq anlayışı. Belə sözlərin cümlə üzvlərindən fərqi. Xitab. Onun müraciət bildirməsi. Xitabların mübtəda ilə oxşar və fərqli cəhətləri. Xitabın cümlədə işlənilmə yerləri. Xitabların ifadə vasitələri. Ara sözlər. Onların nitqdə rolu - ifadə olunan fikrə münasibət bildirməsi. İfadə vasitələri. Ara sözlərin formaca növləri: söz formasında olanlar, söz birləşməsi formasında olanlar, cümlə formasında olanlar. Ara sözlərin məna növləri. Ara söz və modal söz. Ara sözlərin cümlədə yeri və onlarda vergülün işlədilməsi qaydaları. Söz-cümlə. Heç bir şəkilçidən, əlavə vasitələrdən istifadə etmədən təklikdə işlənərək, fikrin təsdiqi və inkarını bildirən sözlərin söz-cümlə kimi götürülməsi. Söz-cümlə üzvlənməyən cümlə kimi. Bəli, yox, xeyr sözləri. Ümumən, bəzi ədatların, modal sözlərin, nidaların söz-cümlə mövqeyində işlənməsi. Belələrindən, adətən, sual cümlələrinə cavab kimi istifadə olunması.

Sadə cümlənin şəxsə görə növləri: Müəyyən şəxsli cümlələr. Mübtədalı müəyyən şəxsli cümlələr. Mübtədasız müəyyən şəxsli cümlələr. Belələrində mübtədanın asanlıqla təsəvvür oluna bilməsi. Qeyri-müəyyən şəxsli cümlələr. Belə cümlələrdə mübtədanın olmaması. Hərəkətin qeyri-müəyyən şəxs (və ya qeyri-müəyyən şəxslər) tərəfindən icra edilməsi. Xəbərlərinin həmişə üçüncü şəxsin cəmində olması. Ümumi şəxsli cümlələr. Belə cümlələrdə mübtədanın iştirak etməməsi və ifadə olunan fikrin qaydaya düşən, ənənəyə çevrilən bir fikir kimi qəbul edilməsi. Xəbərlərinin, bir qayda olaraq, III şəxsin cəmi və II şəxsin təkində olması. Şəxssiz cümlələr. Belə cümlələrdə mübtədanın olmaması, mübtədanın cümləyə gətirilməsinin və ya təsəvvür edilməsinin qeyri-mümkünlüyü. Xəbərlərinin yalnız üçüncü şəxsin təkində olması (dəyişə bilməməsi). Adlıq cümlələr. Ayrı-ayrı sözlərin və ya söz birləşmələrinin xəbərlik şəkilçisi, şəxs sonluğu qəbul etmədən sadalanaraq fikir ifadə etməsi. Belələrinin şərti olaraq adlıq cümlə adlanması. Adlıq cümlələrin ifadə vasitələrinin adlıq halda olması.

Mürəkkəb cümlə haqqında ümumi anlayış. Tabesiz mürəkkəb cümlələr. Bağlayıcısız və bağlayıcılı tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında istifadə edilən durğu işarələri.

Vasitəsiz və vasitəli nitq. Vasitəsiz nitq. Başqasının nitqinin verilmə üsulları. Hər hansı bir şəxsin fikrinin eynilə, heç bir dəyişiklik edilmədən verilməsi. Vasitəli nitq. Hər hansı şəxsin fikrinin deyildiyi və ya yazıldığı kimi yox, həmin fikrin məzmununu saxlamaqla, ifadəsini bir qədər dəyişməklə verilməsi. Vasitəsiz nitqli cümlələrdə müəllifin sözlərinin ən çox nitq və təfəkkür feilləri ilə (dedi, söylədi, soruşdu, əmr etdi, düşündü, fıkirləşdi və s.) ifadə olunması. Vasitəsiz nitqin vasitəli nitqə çevrilə bilməsi. Vasitəsiz nitqli cümlələrdə durğu işarələrinin (dırnaq, qoşa nöqtə, vergül, tire) işlədilməsi.

Buraxılışa düşəcək mövzuların təkrar.