Fizika 9-cu sinif
30 mart 2023
- Fizika imtahanı üçün minimum riyazi biliklər (1. Ədədlər üzərində əməllər. 2. Tənasüb. 3. Düz və tərs mütənasib kəmiyyətlər. 4. Funksiyaların qrafikləri. 5. Tənlik. 6. Faiz. 7. Fiziki kəmiyyətin dəyişməsi. 8. Fiziki kəmiyyətin faizlə dəyişməsi. 9. Düzbucaqlı üçbucaqda münasibətlər. 10. Fiqurların sahəsi.).
- Mexaniki hərəkət. Hesablama cismi. Hesablama sistemi. Maddi nöqtə. Trayektoriya. Yol və yerdəyişmə. Skalyar və vektorial kəmiyyətlər. Vektorlar üzərində əməllər. Vektorların proyeksiyaları. Sürət. Sürətin vahidi. Sürətin ölçülməsi – spidometr. Düzxətli bərabərsürətli hərəkət. Düzxətli bərabərsürətli hərəkətdə koordinat. Düzxətli bərabərsürətli hərəkətdə sürətin proyeksiyasının, yerdəyişmənin proyeksiyasının və koordinatın zamandan asılılıq qrafikləri. Bir düz xətt boyunca baş verən hərəkətlərdə sürətlərin toplanmasi. Hərəkətin nisbiliyi. Nisbi sürət.
- Düzxətli dəyişənsürətli hərəkət. Ani sürət. Təcil. Düzxətli bərabərtəcilli hərəkətdə sürət. Düzxətli bərabəryeyinləşən və düzxətli bərabəryavaşıyan hərəkətlər. Düzxətli bərabərtəcilli hərəkətdə sürətin proyeksiyasının zamandan asılılıq qrafikləri. Dəyişənsürətli hərəkətdə orta sürət. Hərəkətin qrafiki təsviri. Sürət-zaman və yol – zaman qrafikləri. Bərabərsürətli və dəyişənsürətli hərəkət qrafikinə əsasən yolun təyini. Sükunət halından düzxətli bərabərtəcilli hərəkət edən cismin getdiyi yol və yerdəyişmə. Düzxətli bərabərtəcilli hərəkətdə yolun zamandan asılılq qrafiki.
- Çevrə üzrə bərabərsürətli hərəkət. Dövretmə periodu və tezliyi. Çevrə üzrə bərabərsürətli hərəkətdə sürət və təcil.
- Qüvvə. Qüvvələrin toplanması. Əvəzləyici qüvvə. Cismin ətalətliliyi – ətalət (inersial) hesablama sistemi. Cismin kütləsi. Maddənin sıxlığı. Nyutonun I qanunu. Nyutonun II qanunu. Nyutonun III qanunu. Qüvvələrin qrafiki təsviri.
- Qravitasiya sahəsi. Qravitasiya sahəsinin intensivliyi. Ümumdünya cazibə qanunu. Qravitasiya sabiti. Ağırlıq qüvvəsi. Səbəstdüşmə təcili. Cismin çəkisi. Çəkisizlik. Əlavə yüklənmə.
- Keçilən mövzuların təkrarı və məsələ həlli.
- Deformasiya. Elastik və plastik deformasiyalar. Elastiklik qüvvəsi. Huk qanunu. Sərtlik. Dinamometr. Sürtünmə qüvvəsi. Sürtünmə əmsalı.
- Sadə mexanizmlər. Ling. Qüvvə momenti. Qüvvənin qolu. Blok. Tərpənməz və tərpənən bloklar. Polispast. Dolamaçarx. Mail müstəvi. Vint. Cismin tarazlığı: dayanıqlı, dayanıqsız və fərqsiz tarazlıq.
- Enerji. Potensial və kinetik enerji. Potensial və kinetik enerjinin asılı olduğu kəmiyyətlər-Yerlə qarşılıqlı təsirdə olan cismin və elastiki deformasiya etmiş yayın potensial enerjisi. Enerjinin saxlanma qanunu.
- Mexaniki iş, iş vahidləri. Güc, güc vahidləri. Sadə mexanizmlərdə işlərin bərabərliyi. Mexanikanın ”qızıl qaydası”. Mexanizmin faydalı iş əmsalı (FİƏ).
- Rəqsi hərəkət. Mexaniki rəqslər. Rəqsi hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər: rəqsin amplitudu, periodu və tezliyi. Riyazi rəqqas. Yaylı rəqqas.
- Dalğa. Mexaniki dalğalar. Mexaniki dalğaların növləri: eninə və uzununa dalğalar. Dalğanı xarakterizə edən fiziki kəmiyyətlər: dalğa uzunluğu, dalğanın yayılma sürəti. Səs dalğaları. Səsin sürəti. Əks-səda. İnsanın eşidə bilmədiyi dalğalar: infra və ultra səslər. Seysmik dalğalar.
- Təzyiq. Təzyiq qüvvəsi. Bərk cismin təzyiqi. Qazların təzyiqi. Mayelərin təzyiqi. Manometrlər. Maye və qazlarda təzyiqin ötürülməsi. Paskal qanunu. Birləşmiş qablar. Birləşmiş qablar qanunu. Hidravlik maşın.
- Atmosfer. Atmosfer təzyiqi. Atmosfer təzyiqinin ölçülməsi. Civəli barometr. Barometr-aneroid. Atmosfer təzyiqinin hündürlükdən asılı olaraq dəyişməsi. Arximed qanunu. Cisimlərin üzmə şərtləri: gəmilərin üzməzi, havada uçma.
- Molekulların istilik hərəkəti. Temperatur. Cisimlərin istilikdən genişlənməsi. İstilik tarazlığı. Temperatur şkalaları-termometrlər. Daxili enerji. Daxili enerjinin dəyişmə üsulları: mexaniki işgörmə və istilikvermə. İstilikvermə və onun növləri: istilikkeçirmə, konveksiya və şüalanma.
- İstilik miqdarı. Xüsusi istilik tutumu. İstilik tutumu. Yanacağın yanma istiliyi. İstilik proseslərində enerjinin saxlanma qanunu. İstilik balans tənliyi.
- İstilik mühərriki. İstilik mühərriklərinin faydalı iş əmsalı (FİƏ). İstilik mühərrikləri və onların növləri - buxar turbini, daxili yanma mühərriki, reaktiv mühərrik.
- Maddənin aqreqat halları. Ərimə və bərkimə. Ərimə və bərkimə proseslərində temperatur-zaman, temperatur-istilik miqdarı qrafikləri. Xüsusi ərimə istiliyi. Buxarəmələgəlmə və kondensasiya.
- Doymuş buxar və doymamış buxar. Qaynama. Xüsusi buxarlanma istiliyi. Havanın rütubəti. Rütubəti ölçən cihazlar: hiqrometr, psixrometr.
- Cisimlərin elektriklənməsi. Elektrik yükü. Atomun quruluşu. Elektriklənmənin təbiəti. Keçiricilər və dielektriklər. Elektrostatik induksiya. Elektroskop. Elektrometr. Elektrik yükünün saxlanma qanunu.
- Elektrik yüklərinin qarşılıqlı təsiri - Kulon qanunu. Elertrik sahəsi. Elektrik sahəsinin intensivliyi. Elektrik sahəsinin qüvvə xətləri. Elektrik yüklərini ayıran, toplayan və ötürən qurğular: kondensator, elektrofor maşın.
- Elektrik cərəyanı. Cərəyan mənbələri. Elektrik dövrəsi və onun elementləri. Elektrik cərəyanının təsirləri: işıq, istilik, kimyəvi və maqnit təsirləri. Cərəyan şiddəti və onun ölçülməsi. Gərginlik və onun ölçülməsi.
- Elektrik müqaviməti. Dövrə hissəsi üçün Om qanunu. Naqilin müqavimətinin asılı olduğu kəmiyyətlər. Xüsusi müqavimət. Reostat. Naqillərin ardıcıl və paralel birləşdirilməsi.
- Elektrik cərəyanının işi. Coul-Lens qanunu. Elektrik cərəyanının gücü. Elektrik cərəyanının canlı orqanizmə təsirləri.